Aparıcı Erhan Çelik müğənni Gülben Ergenə mesaj göndərib. Boşanma ərəfəsində olan cütlük İnstaqram səhifəsində tez-tez bir-birilərinə söz göndərirlər. Bir müddət əvvəl "Sən mənim alın yazımsan" statusu paylaşan Çelik bu gün makiyajı silinən zaman çəkilən fotonu hesabında yerləşdirərək: "Alın yazımı siliyor", - qeyd edib.
Qeyd edək ki, cütlük 2014-cü ildə ailə həyatı qurub. Bu yaxınlarda ayrılmaq qərarına gəliblər. Onların ilk məhkəməsi dekabrın 2-də olacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.