Müğənni Sərdar Ortaç həyat yoldaşı, model Kloe Louqhanla yollarını ayıra bilər. Bir müddət əvvəl Mayamiyə gedən Kloe geri dönmək fikrində deyil. Sərdar xanımının ardınca ABŞ-a getsə də, amma Türkiyəyə tək qayıdıb.
Qeyd edək ki, S.Ortaçın uşaq istəməsinə qarşı çıxan Kloe sənətini davam etdirmək üçün Mayamidən gələn bir təklifi qəbul edib və orada yaşamaq qərarına gəlib. Müğənninin qarşısına isə: "Ya mənimlə gəl, ya da biz ayrılacağıq", - şərtini qoyub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.