banner
banner

Gündəm

Akif Çovdarov həkim gətirilməsini istəyir- Almaniyadan

Akif Çovdarov həkim gətirilməsini istəyir-
Akif Çovdarovun vəkili jurnalistlərə bildirib ki, məhkəmədə şahid Tarıyel Əliyev ifadə verib.
O, zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə dindirilib. Şahid Çovdarovdan zərər çəkdiyini deyən Şahmar Qurbanovun ona 10 min manat borclu olduğunu deyib.
 T.Əliyev özünün Şahmar Qurbanovun zərərçəkmişi olduğunu söyləyib. Şahid deyib ki, Şahmar Qurbanova 10 min manatı öz işi ilə bağlı verib və geri ala bilməyib.
"Məndən ev almaq üçün 10 min alıb. Sonra geri ala bilmədim. Pulu MTN-ə vermək üçün almamışdı"- deyə şahid qeyd edib.
Məhkəmədə Çovdarovun vəkillərinin ekspertizaya əlavə suallar ünvanlanması və xaricdən mütəxəsislər gətirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.
A.Çovdarov Almaniyada onu əməliyyat edən həkimlərin iştirakı ilə ekspertizadan keçirilməsini istəyib. Lakin onun bu istəyi təmin olunmayıb. 
Məhkəmə günün ikinci yarısında davam etdiriləcək. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.