banner
banner

Sosİal

Dünyaya qara qış gəlir - Xəbərdarlıq

Dünyaya qara qış gəlir -
İqlim mütəxəssisi Kohen 17 illik araşdırması əsasında bu qış Şimali Amerika, Avropa və Asiyada qara qış gözlənildiyini bildirib.
 
Axar.az xəbər verir ki, Massaçusets Universitetində araşdırmalar aparan Kohen Sibirə nə qədər çox qar yağsa, planetimizə də qışın bir o qədər tez gələcəyini qeyd edib.
 
Kohen normalda fevralda başlaması gözlənilən sərt və dondurucu hava şəraitinin bu il dekabrda Şimali Amerika başda olmaqla Avropa və Asiyada özünü göstərəcəyini deyib. Kohenə görə, qlobal istiləşmə Şimal buzlu okeandakı buzları əridir. Bu ərimə nəticəsində atmosferə daha çox rütubət yığılır. Yığılan rütubətə görə Sibirə daha çox qar yağır. Sibirin qarla örtülməsi Yer səthinə gələn Günəş işıqlarının göy üzündə daha çox əks olunması anlamına gəlir. Əks olunma qütblərdəki soyuq havanı saxlayan “qütb qapıları” (“Polar vortex") adlı iqlim sisteminin soyuq havanı sərbəst buraxmasına səbəb olur ki, bu da soyuducunun buz dolabının qapısını açıq qoymağa bənzəyir. Belə olduqda soyuq hava kütlələri Yerə yayılır.
 







Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.