Azərbaycanlı tələbələrdən Fransada baş verən hadisələrə etiraz
Azərbaycanlı tələbələr Fransada baş verən hadisələrə etirazlarını bildirib, terrora son qoyaraq insanları birliyə çağırıblar.
Oxu.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin bir qrup tələbəsi bununla bağlı sosial çarx hazırlayıblar.
Videoda tələbələr ingilis dilində “Bədənləri məhv edə bilərlər, ancaq fikirlər heç vaxt məhv olmur”, “Sizdən kilometrlərlə uzaq olsaq da, ağrınızı bölüşürük”, “Biz insanıq”, “Biz terrora qarşıyıq”, fransız dilində isə “Biz sizin yanınızdayıq” kimi şüarlar səsləndiriblər.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.