banner
banner

Gündəm

Cahangir Əsgərov Cibutinin prezidenti ilə görüşdü - FOTOLAR

Cahangir Əsgərov Cibutinin prezidenti ilə görüşdü
1 dekabr 2016-cı il, Bakı - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti Cahangir Əsgərov 2016-cı ilin 29-30 noyabr tarixlərində Cibuti Respublikasında işgüzar səfərdə olub.
Bu barədə Cia.az-a  “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Cahangir Əsgərov Cibuti Respublikasının bir sıra yüksək səviyyəli rəsmi şəxsləri ilə görüş keçirib. 
30 noyabr 2016-cı il tarixdə Cibuti Respublikasının Prezidenti cənab İsmail Ömər Qelle ilə görüşən "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti mehriban və səmimi qəbula görə öz dərin təşəkkürünü bildirərək, "Azərbaycan Hava Yolları" haqqında ətraflı məlumat verib. Eyni zamanda, Cahangir Əsgərov ölkələr arasında əməkdaşlıq üçün güclü potensialın mövcudluğunu vurğulayaraq, gələcəkdə Azərbaycan-Cibuti münasibətlərinin daha da inkişaf edəcəyini bildirib.
Cibuti Respublikasının Prezidenti İ.Ö.Qelle, öz növbəsində, Cahangir Əsgərovu salamlayaraq, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Həmçinin Prezident İ.Ömar Qelle Cibutinin daim qardaş Azərbaycanı hər bir sahədə dəstəklədiyini bildirib.
Daha sonra "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüş keçirib. 
Görüşlər zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı baş tutmuş və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə olunub.
Bundan əlavə, “Azərbaycan Hava Yolları” ilə Cibuti  aviaşirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır.  İmzalama mərasimindən sonra şirkət rəhbərləri mətbuata açıqlama veriblər
Cahangir Əsgərovun Cibutiyə səfəri zamanı həmçinin Bakı - Cibuti arasında yükdaşımalar üzrə reysin açılması və eyni zamanda Azərbaycan- Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə razılıq əldə edilib.
 
 
 


Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.