Paytaxtın inzibati ərazisində fəaliyyət göstərən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Cia.az-a verilən məlumata görə, dəyişikliyə əsasən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzalından çıxdıqdan sonra “Moskva” prospektinə gedəcək, oradan isə Dadaş Bünyadzadə küçəsi ilə hərəkət edərək A.M.Şərifzadə küçəsi ilə yolunu davam etdirəcək.
Bu dəyişikliyin əsas səbəbi 2-ci Alatava qəsəbəsi sakinlərinin metronun “İnşaatçılar” stansiyasına, eləcə də şəhər mərkəzi istiqamətində gediş-gəlişini asanlaşdırmaqdır. Dəyişiklikdən sonra Alatava sakinlərinin Bakı Beynəlxalq Avtovağzalına gediş-gəlişi də asanlaşacaq.
Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 03.12.2016-cı il tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.