Yasamalda villa sahibindən ağlasığmaz hərəkət - FOTOLAR
Bakının Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində qeyri-adi hadisə baş verib. İstilik xətlərinin üzərində qanunsuz tikinti aparan villa sahibi "Azəristiliktəchizat" ASC-nin mütəxəssislərini sıradan çıxan istilik xəttində təmir işləri aparılması üçün həyətinə buraxmayıb.
Məlumata görə, Yeni Yasamalda minlərlə mənzili istiliklə təmin edən borunun villanın həyətindən keçən hissəsində sızma aşkarlanıb. Villada heç kim yaşamadığından ev sahibi çətinliklə tapılıb. Sonradan əraziya gələn villa sahibi mütəxəssislərin həyətdə qazıntı aparmasına razılıq verməyib. O, "Azəristiliktəchizat"ın əməkdaşlarını qapıdan qovub.
Qeyd edək ki, Yasamal Rayon İcra Hakimiyyəti ilə qeyri-qanuni sövdələşməyə girən şəxslər istilik və telekommunikasiya xətlərinin üzərində tikintilər aparıblar. Nəticədə xətlərdə nasazlıq olduqda dövlət qurumları maneə ilə qarşılaşırlar. Bunun bir sübutu da "Azəristiliktəchizat"ın minlərlə mənzili istiliklə təminatının bərpası üçün göstərdiyi cəhdlərin bir nəfərin müqaviməti ilə üzləşməsidir.
8 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin rəisi Kamran Nəsirov da Yasamal rayonundakı qanunsuz tikintilərin təmir işlərinə mane olduğunu təsdiqləyib.
"Yaşayış evləri tikilib. Bütün xətlər binaların altında qalıb. Bu, mənimmi günahımdır? Yaranan problemlərin tezliklə aradan qaldırılması üçün əlimizdən gələni edirik" - sahə rəisi musavat.com-a açıqlamasında deyib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.