“AMEA Rəyasət Heyətinin binası üzərində Sovet dövrünə aid element və yazıların dəyişdirilməsi ilə bağlı təşəbbüs qaldırılıb”
CİA.Az Lent.az-a istinadən xəbər verir ki, bunu AMEA prezidenti Akif Əlizadə bildirib.
Onun sözlərinə görə, AMEA prezidenti adından Bakı meri Hacıbala Abutalıbova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məktub ünvanlanıb: “Onlardan xahiş etmişik ki, bu problemdə bizə köməklik etsinlər. Bu, dövlətin işidir”.
Mərkəzi Nəbatat Bağının yaxınlığında AMEA şəhərciyinin salınmasına gəlincə, A. Əlizadə qeyd edib ki, Nəbatat bağında xoşagəlməz hadisə baş verdi: “Ona görə də bu məsələ hələlik həll edilməmiş qalıb”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.