banner
banner

Sosİal

Yolka bəzəmək neçəyə başa gələcək? - Video

Yolka bəzəmək neçəyə başa gələcək?
Yeni ilin gəlişinə az qalıb. Buna görə də yeni il şənliklərinin simvolu sayılan yolkalara və bəzək əşyalarına tələbat artıb. Qiymətlər isə müxtəlifdir.
 
Elə şaxta baba oyuncaqları qədər xoruz oyuncaqlarına da tələb böyükdür. 2017-ci ilin xoruz ili olması səbəbindən bu oyuncaqların da qiymətləri ilə maraqlandıq. Belə oyuncaqların qiyməti 3 manatdan başlayır.
 
Yeni ilin əsas simvolu olan yolkaların çeşidi isə lap çoxdur.
 
Məsələn, bəzi yolkaların qiyməti nə az, nə çox - düz 800 manatdır. Qiymətin belə baha olmasına səbəb onun original və bəzəklərinin üzərində satışa çıxarılmasıdır. Amma bununla yanaşı, mağazada hündürlüy 15 metr, qiyməti isə 4-5 min manat arasında dəyişən yolkalar da var.
 
Yolka alarkən çox soruşulan suallardan biri keyfiyyət ilə bağlı olur. Bunu bilmək üçün sadə bir metoddan istifadə kifayət edir.
 
Yolka bəzəklərinin qiymətləri isə 50 qəpikdən başlayır.
 
Gördüyünüz kimi, qiymətlər və çeşidlər müxtəlifdir. Yolkaları necə bəzəyəcəyiniz isə sizin istəyiniz, zövqünüz və təbii ki, cibinizdən asılıdır./Xəzər xəbər/
 
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.