banner
banner

Sosİal

Ana doğuş zamanı körpəsini itirib

Ana doğuş zamanı körpəsini itirib

İmişlidə ana doğuş zamanı körpəsini itirib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, İmişli rayonunun Buludlu kənd sakini, 1993-cü il təvəllüdlü Tarverdiyeva Ayşən İbrahim qızı doğuş zamanı uşağını itirib.

 

9 aylıq körpənin hansı səbəbdən ölü doğulduğu məlum deyil. Körpənin meyiti İmişli rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzində müayinə edilib. Yalnız ekspertizanın son rəyindən sonra körpənin ölü doğulmasına pataloji və yaxud həkim səhvinin səbəb olması aydınlaşacaq.

 

Faktla bağlı araşdırma aparılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.