46 yaşlı aktyor 25 yaşlı həmkarına: "Sənin yaşın qədər..."
"Güneşin Kızları" serialından sonra daha da məşhurlaşan Tolqa Sarıtaşla həmkarı Emre Kınay qarşı-qarşıya gəliblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 25 yaşlı Tolqa 46 yaşlı Emre ilə yer alacağı eyni serialda hər bölümə görə 170 min türk lirəsi (təxminən 84 min AZN) istəyib. Onun bu istəyi Kınayı özündən çıxarıb.
"Aktyorluqda sənin yaşın qədər təcrübəm var. Mən bu serialın hər bölümü üçün 60 min türk lirəsinə (təxminən 25 min AZN) razılaşdım. Bir neçə serialla özünü ulduz hiss edirsən?!" - deyə aktyor Tolqa haqqında vurğulayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.