banner
banner

Sosİal

Qarlı yollar üçün sürücülərə vacib məsləhət - Video

Qarlı yollar üçün sürücülərə vacib məsləhət
Səhər saatlarında başlayan qarlı hava əksər yollarda sıxlığa səbəb olub, avtomobillər çətinliklə hərəkət edir.
 
Mütəxəssislə isə qış təkərləri ilə təchiz edilməyən, təkərlərinin protektorları 3 millimetrdən az olan və ABS, ESP kimi təhlükəsizlik sistemləri olmayan avtomobillərin yollara çıxarılmamasını məsləhət görürlər.
 
Bir çox sürücü elə düşünür ki, təkərlərinin havası az olduqda avtomobil daha az sürüşür. Mütəxəssislər bildirir ki, əksinə, təkərin havası az olduqda sürüşmə məsafəsi artır. Bu hal yalnız kamerli təkərlərdə faydalı olur.
 
Buzlu havada yoxuşu düşməyin də xüsusi qaydası var.
 
Qarlı havada ara məsafəsi çox olmalıdır. Amma yolda həddindən çox qar varsa, zəncirlərdən istifadə etmək lazımdır. Belə zəncirləri sürücülər özləri də rahatlıqla avtomobilə taxa bilərlər.
 
Yol polisinin xəbərdarlığında deyilir ki, qarlı günlərdə sürücülər şəxsi minik avtomobillərindən mümkün qədər az istifadə etsələr yaxşıdır./Xəzər xəbər/
 
 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.