banner
banner

Sosİal

Süni mayalanma üzrə mütəxəssislər axtarılır

Süni mayalanma üzrə mütəxəssislər axtarılır

Heyvandarlığın inkişafına yönəlmiş bir sıra tədbirlər çərçivəsində, heyvanların cins tərkibinin yaxşılaşdırılması başlıca yer tutur. Bu sahədə çalışan fermer və sahibkarlara dövlət dəstəyinin göstərilməsi ən müasir bilik və bacarıqlara yiyələnmiş, maddi texniki bazası olan kadrlara ehtiyac yaradıb. 
Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə müvafiq müsahibə mərhələsini keçən ali və ya orta ixtisas təhsilli baytar, zoomühəndis ixtisaslı mütəxəssislər ən yeni texnologiyalara əsaslanaraq qurulmuş Respublika Süni Mayalanma Mərkəzində nəzəri və praktiki  ixtisaslaşma kurslarına qəbul olunur. Nazirlikdən Cia.az-a verilən məlumata görə, 45 yaşa qədər və müvafiq təcrübəsi olan mütəxəssislərə üstünlük verilir.Kursları müvəffəqiyyətlə bitirmiş mütəxəssislərə sertifikat verilir. Süni Mayalanma mütəxəssilərin əraziləri üzrə məşqulluğunun təmin olunması üçün ərazi üzrə  Zona Baytarlıq Laboratoriyası ilə əməkdaşlıq müqaviləsi bağlamaq imkanı yaradılır, zəruri süni mayalama avadanlıqları ilə təmin edilirlər.


Kurslarda iştirak etmək istəyən mütəxəssislər aşağıdakı sənədləri təqdim etməlidir

  1. Ərizə
  2. Şəxsiyyət vəsiqəsinin sürəti
  3. Diplomun sürəti

Ünvan: AZ1000,Bakı,Səbail,Üzeyir Hacıbəyov,80

Telefon: 012 498 64 91

      E.mail: [email protected]

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.