banner
banner

Gündəm

Türkiyəli yazar 3 gün öncədən hücumu bilirmiş

Türkiyəli yazar 3 gün öncədən hücumu bilirmiş
Keçmiş "Zaman" qəzetinin yazarı Abdulla Bozqurd üç gün öncə "Türkiyədə konsulluqlar artıq nə üçün təhlükəsiz deyil?" başlığında məqalə dərc etdirmişdi.
 
Axar.az xəbər verir ki, Bozqurdun 3 gün öncə belə bir başlıqda məqalə dərc etdirməsi və bu gün Rusiyanın Ankara səfiri Andrey Karlovun öldürülməsi böyük diqqətə səbəb olub.
 
Abdulla Bozqurd məqaləsində qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Qərb dövlətlərinə qarşı sərt çıxışları islamçı muzdlu qatilləri xarici səfirliklərə yönəldəcək.
 
Bozqurd həmçinin iddia edib ki, Ankara və İstanbuldakı səfirliklərin qarşısında keçirilən aksiyaların əksəriyyəti Əl Qaidə terror təşkilatının tərəfdarları tərəfindən həyata keçirilir.
 
Türkiyəli yazar Əl Qaidəyə bağlı bu qrupların bəzən Milli İstihbarat Təşkilatı tərəfindən də koordinasiya və istifadə edildiyini iddia edib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.