Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə süni qiymət artımını aradan qaldırmaq üçün tədbirlər görür.
Modern.az-ın məlumatına görə, bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli qurumun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Agentlik bu məsələ ilə bağlı müəyyən qurumlarla danışıqlara başlayıb:
"Artıq müəyyən qurumlara təkliflər göndərilib. Bakı Nəqliyyat Agentliyində vahid taksi tarifi müəyyən ediləcək. Bundan sonra taksi şirkətlərinə göndəriləcək".
V.Kərimli bildirib ki, bu tarif müəyyən ediləndən sonra taksilərdə süni qiymət artımının qarşısı tam alınacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.