banner
banner

Sosİal

Niyə avtobus sürücüləri ilə bacara bilmirlər? - Video

Niyə avtobus sürücüləri ilə bacara bilmirlər? - Video
Nə az, nə çox, düz 5 avtobus eyni anda yolun hərəkət hissəsində saxlayaraq sərnişin mindirir. Üstəlik, həmin ərazidə heç bir dayanacaq da yoxdur. Bu isə yol kəsişməsində uzun tıxacın yaranmasına səbəb olur.
 
Xəzər xəbər-in məlumatına görə, olay paytaxtın ən böyü k prospektlərindən olan Qara Qarayev prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində baş verib. Yaxınlıqda dayanacaq olmasına baxmayaraq, avtobus sürücüləri kəsişmədə sərnişin düşürüb-mindirirlər. Eyni anda yol birləşməsində bir neçə avtobusun saxlaması isə digər yol hərəkəti iştirakçılarına çətinlik yaşadır. Sürücülər burada xeyli vaxt itirdiklərini deyirlər....
 
Sərnişinlər isə deyirlər ki, avtobuslar dayanacaqda saxlamadıqları üçün onlar məcburən burada dayanmalı olurlar.
 
''Niyə dayanacaqdan kənarda saxlayırsız'' sualımıza isə avtobusun sürücləri özlərinə məxsus cavab verdilər.
 
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, belə problemlərdən xəbərdardırlar. Hazırda agentlik tərəfindən bu kimi halların aradan qaldırılması üçün işlər aparılır. Yaxın vaxtlarda paytaxtdakı bütün avtobuslara gps sistemi quraşdırılacaq. Bu sistem vasitəsi ilə dayanacaqdan kənarda saxlayan avtobuslar müəyyən ediləcək və məxsus olduğu daşıyıcı şirkətlər haqqında lazımı tədbirlər görüləcək.
 
 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.