banner
banner

Gündəm

Azərbaycanda "Asan qatar" sistemi yaradılacaq

Azərbaycanda "Asan qatar" sistemi yaradılacaq

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Asan qatar" sisteminin yaradılması nəzərdə tutulur.

 

Bunu "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" adlı konfransda çıxış edən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

 

Onun sözlərinə görə, bu sistem dövlət orqanları xidmətlərinin vətəndaşlara göstərilməsinə imkan verəcək. Bununla yanaşı, bu yaxınlarda Bakıda Asan Kommunal Mərkəzi də yaradılacaq.

 

İ.Kərimov qeyd edib ki, artıq Prezident tərəfindən dövlətin idarəedilməsi, onun modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

 

Bu islahatların tərkib hissəsi kimi 4 il əvvəl "Asan xidmət" yaradılıb. Bu gün "Asan xidmət" bir çox qurumlarla əməkdaşlıq şəraitində çalışır.

 

İ.Kərimov onu da əlavə edib ki, bu günədək "ASAN xidmət"ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir:

 

"Elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün priotitet sahədir. Azərbaycan brendi olan "Asan xidmət" dünya səviyyəsində də tanınıb. "Asan xidmət" korrupsiyaya qarşı uğurlu bir modeldir".

cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.