banner
banner

Sosİal

Azərbaycanda ailə quracaq şəxslərə - QADAĞA

Azərbaycanda ailə quracaq şəxslərə - QADAĞA

Azərbaycanda tibbi müayinədən keçilməsini təsdiqləyən arayışı təqdim etməkdən imtina edən şəxslərin nikah bağlamasına yol verilməyəcək.

Milli Məclisdən verilən məlumata görə, bu, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, nikah bağlamaq istəyənlər ərizə ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş və onların tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı da təqdim etməlidirlər.

Layihəyə əsasən, nikaha girən şəxslər yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədən keçəcəklər və bundan sonra onlara arayış təqdim ediləcək. Həmin arayış vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına təqdim edilir.

Müayinənin nəticələri həkim sirridir. Müvafiq icra hakimiyyəti orqanlarının məsuliyyətli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması təklifi ilə məhkəməyə müraciət edə bilər.//Trend



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.