banner
banner

Gündəm

"Reina" terroru ilə bağlı şok yeniliklər...

"Reina" terroru ilə bağlı şok yeniliklər...
Türkiyənin məşhur gecə klubu Reinada Yeni il gecəsi 39 nəfəri öldürən və saxlanması üçün əməliyyatlara start verilən terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb. 
Terrorçuya hücum təlimatını Konyadakı hücrə evində “Yusuf Hoca” kod adlı şəxs verib. Qətliamın ardınca terrorçunun yenə taksi ilə İstanbulun Zeytinburnu bölgəsinə qayıtdığı, taksi pulunu da Uyğur restoranı işçilərindən aldığı iddia edilir. 
Terrorçu həyat yoldaşı və iki uşağı ilə birlikdə 20 noyabrda Türkiyəyə gəlib. 22 noyabrda isə Konyaya gedib. Burada onu “Yusuf Hoca” kod adlı bir terror təşkilatı üzvü qarşılayıb. Bir hücrə evinə yerləşdiriliblər. 
15 dekabra qədər burada qətliamın planları hazırlanıb. Terror əmrini verən “Yusuf Hoca” kod adlı terrorçu ilə Reina terrorunu həyata keçirən şəxs bir avtobusa minərək İstanbulun Zeytunburnu bölgəsinə gəlib. Burada terrorçu yenə hücrə evinə yerləşdirilb. Polis iki terrorçunun bilet aldıqları zaman izləmə kameralarına düşən görüntülərini də əldə edib. 
Terrordan sonra bir taksiyə minən terrorçu taksi sürücüsünə “Aksaraya gedəcəm. Pulu da orda dostlarım verəcək” deyərək telefonu istəyib. Taksi sürücüsünün telefonundan bir nömrəyə zəng edən terrorçu “zəng çatmadı” deyərək maşından düşüb. Bu nömrə ilə bağlı araşdırma aparan polis xəttin üç gündür ki, istifadə olunmadığını, terrorçunun bunu hədəf yanıltmaq üçün etdiyini müəyyənləşdirib. 
Terrorçunun nə qədər professional olduğunu göstərən bir başqa detal da müəyyənləşdirilib. Belə ki, terrorçu atəş açmağa heç fasilə verməmək üçün son iki mərminin qabağına izli mərmi qoyub. Bununla da mərmilər tükənmədən şarjor dəyişdirilib. 
Terrorçu hadisədən sonra üstündəki geyimi və kurtkanı çıxararaq Reinadan çıxarılan ilk qrup arasında bayıra çıxıb və taksiyə minərək ordan uzaqlaşıb. Son dərəcə soyuqqanlı və professional şəkildə hərəkət edən terrorçu mindiyi ilk taksinin sürücüsü tərəfindən maşından endirilib. Buna səbəb onun pulunun olmaması olub. Terrorçu daha sonra başqa bir taksiyə minərək, Zeytinburnu bölgəsinə gəlib. 
Mindiyi birinci taksinin pulunu ödəməməsinə səbəb isə həqiqətən də pulsuzluq olub. Çünki onun pulu terrordan dərhal sonra Reinaya atdığı kurtkasının cibində olub və o, pulunu gerçəkdən unudub. İkinci taksinin pulunu usə Zeytunburnu 63/5 küçəsində qaldığı evin arxasında yerləşən Şuayip Seferoğlu küçəsindəki bir uyğur restoranındakı tanışları ödəyib. Belə ki, o, restoranın qapısını döyüb, orda yatan bəzi işçiləri oyandırıb, taksi pulunu cəmləşdirib və sürücünü yola salıb. Bu gəlişmədən sonra İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi heyətləri Uyğur restoranında işləyən və orada yaşayan 7 uyğuru da saxlayıb. 
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.