banner
banner

Sosİal

Neftçilər prospektindəki qatar relsləri ləğv edilir

Neftçilər prospektindəki qatar relsləri ləğv edilir
Bakının Neftçilər prospektindəki qatar relslərinin ləğvinə başlanılıb. Musavat.com xəbər verir ki, artıq relslərdən biri sökülüb, hazırda yerinə asfalt vurulur.
"Azəravtoyol" ASC-dən musavat.com-a verilən məlumata görə, relslər şəhərin mərkəzində nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün sökülür. Yaxın vaxtlarda Neftçilər prospektində qatar relsi qalmayacaq. Tıxaclara səbəb olmaması üçün söküntü işləri istirahət günləri aparılır. Növbəti istirahət günlərində qalan relslər də söküləcək.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Neftçilər prospektində qatarın avtomobil yoluna çıxması, avtomobil sürücülərinin isə özlərini təhlükəyə atmasını əks etdirən video sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuş, video xarici ölkə KİV-lərinə qədər gedib çıxmışdı. Bu yerdə bir müddət əvvəl ağır yol qəzası da baş vermişdi.
 

 



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.