Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının işini artırıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim müavini İradə Əliyeva bildirib ki, dekabrın 31-dən yanvarın 5-dək Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında bir qədər artım müşahidə edilib.
İ.Əliyeva deyib ki, yanvarın 1-də çağırışların sayı daha çox olub: “Belə ki, adi günlərdə təcili tibbi yardıma daxil olan çağırışların sayı 2 minə yaxın olurdusa, bayram günlərində 2700-2800 çağırış qəbul edilib. Yanvarın 1-də isə gün ərzində 3 minə yaxın çağırış daxil olub”.
Çağırışların adi günlərdə olduğu kimi, əsasən ürək-damar xəstəlikləri, arterial təzyiqlə, cərrahi xəstəliklərlə, insult kimi problemlərlə bağlı olduğunu deyən baş həkim müavini əlavə edib ki, bayram günlərində tibb müəssisələrinin əksəriyyəti tam fəaliyyət göstərmədiyindən yük, əsasən, təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı artıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.