banner
banner

Sosİal

Yanvarın 1-də 3 min çağırış oldu - Təcili yardım

Yanvarın 1-də 3 min çağırış oldu -

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının işini artırıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim müavini İradə Əliyeva  bildirib ki, dekabrın 31-dən yanvarın 5-dək Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında bir qədər artım müşahidə edilib.

İ.Əliyeva deyib ki, yanvarın 1-də çağırışların sayı daha çox olub: “Belə ki, adi günlərdə təcili tibbi yardıma daxil olan çağırışların sayı 2 minə yaxın olurdusa, bayram günlərində 2700-2800 çağırış qəbul edilib. Yanvarın 1-də isə gün ərzində 3 minə yaxın çağırış daxil olub”.

Çağırışların adi günlərdə olduğu kimi, əsasən ürək-damar xəstəlikləri, arterial təzyiqlə, cərrahi xəstəliklərlə, insult kimi problemlərlə bağlı olduğunu deyən baş həkim müavini əlavə edib ki, bayram günlərində tibb müəssisələrinin əksəriyyəti tam fəaliyyət göstərmədiyindən yük, əsasən, təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı artıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.