Müğənni Cennifer Lopez həmkarı Meray Kerrinin Nyu-Yorkun Yeni il bayramına həsr olunmuş konsert proqramında pərt olmasına sevinib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, konsertdən sonra Kerrri səhnəd yaranmış texniki problemlə bağlı İnstaqram səhifəsində pərəstişkarlarından üzr istəyib.
İfaçının statusuna müxtəlif şərhlər yazılıb. O, daha çox tənqid olunub. Cey Lo isə tənqidi şərhlərin hamısını "like" edib. Bununla o, Merayın konsert zamanı biabır olmasına sevindiyini bildirib.
Kerri hələ ki, Lopezin bu hərəkətinə heç bir münasibət göstərməyib.
Qeyd edək ki, Yeni il bayramına həsr olunmuş konsertdə Meray səhnəyə çıxıb və “Emotions” mahnısını ifa edib. Lakin mahnının yarısından fonoqramda problem yaranıb.
Bu vaxt onun ikinci mahnısını veriblər. Növbəti mahnı "We Belong Together" də uğursuz olub. Kerri sözləri oxusa da, lakin nota düşə bilməyib və lazımsız anlarda mikrofonu aşağı endirib.
Çıxış yolunu tamaşaçılarda görən Kerri mikrofonu onlara uzadaraq, oxumalarını xahiş edib. Vəziyyətdən qəzəblənən 46 yaşlı ifaçı daha sonra “yaxşı olmadı” deyərək, səhnəni tərk edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.