“Bizə Azərbaycandan şikayət etməyin” - Ermənistana sərt cavab
Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayevi bu ölkədə artıq birinci il deyil ki, sevmirlər. Səfir erməni nifrətinin alovunu bu gün bir az qızışdırıb. Cia.az saytı xəbər verir ki, virtualaz.org-un məlumatına görə, Urazayev “Ermənistan xəbərləri” portalına müsahibəsində Ermənistan prezidentinin dəfələrlə bildirdiyi narazılıqları nəzərə almaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin effektivliyi barədə danışıb.
Məlum olduğu kimi, Serj Sarkisyan “Azərbaycan tərəfindən Ermənistanın sərhədlərində atəşkəs reiminin pozulması” ilə bağlı KTMT iştirakçı ölkələrinin mövqeyindən hiddətlənmişdi.
Bu suala Qazaxıstan səfiri sərt cavab verib: “Ermənistanla Azərbaycan sərhədindəki problemlər Ermənistanın özündən çox Dağlıq Qarabağ ətrafında problemlə bağlıdır”.
Bundan sonra diplomat erməni jurnalistlər üçün (və yəqin ki. onlar vasitəsilə həm də Serj Sarkisyan üçün) maarifləndirici məlumat verib:
“Birincisi, KTMT Nizamnaməsində açıq-aydın yazılıb ki, iştirakçı ölkələr Təşkilata daxil olmayan üçüncü dövlət tərəfindən xarici təcavüzün qarşısının alınması üçün bir-birinə zəruri köməyi göstərirlər. Tavuş vilayətindəki sərhədin bir hissəsi Ermənistanın nəzarətində olan rayonlarla (Azərbaycan rayonları) həmsərhəddir. Biz – həm Qazaxıstanda, həm Rusiyada, həm də digər KTMT ölkələrində əvvəlcədən dəqiq və açıq mövqe tutmuşduq – söhbət hər hansı ərazi problemlərindən asılı olmadan üçüncü dövlətin xarici təcavüzündən gedirsə, bu bir şeydir, Dağlıq Qarabağa aiddirsə, tamam başqa şeydir”.
Buna görə də, Timur Urazayev fikrini davam etdirib, Qazaxıstanın mövqeyi ədalətlidir. “Dağlıq Qarabağ problemini biz KTMT Nizamnaməsi çərçivəsində həll olunan vəzifələrin siyahısına daxil etmirik. Biz Qarabağ məsələsinin yalnız sülh yolu ilə həllinə tərəfdarıq, hərbi həll yolu mümkün deyil”, - diplomat qeyd edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.