banner
banner

Gündəm

Ombudsman Aparatı: Qubada baş vermiş hadisə nəzarətimizdədir

Ombudsman Aparatı: Qubada baş vermiş hadisə nəzarətimizdədir

Ombudsman Aparatı Quba rayon Məhkəməsində baş vermiş hadisəyə münasibət bildirib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkədə yayılmış məlum videoya onlar tərəfindən baxılıb və araşdırma aparılıb: "Ombudsman Elmira Süleymanovanın tapşırığı ilə məsələ araşdırıldı. İlkin olaraq Ədliyyə Nazirliyinin İcra Baş idarəsinə məktubla müraciət edərək bildirdik ki, 10 yaşlı Nuray Əvəz qızı Bayramzadəyə qarşı kobudluq baş verib. Onun psixoloji durumu nəzərə alınmayıb. Bu hərəkətə yol verməklə qanunvericiliyin tələbləri pozulub. Biz İcra Baş İdarəsindən məsələnin araşdırılıb, nəticəsi barədə məlumat vermələrini xahiş etmişik. Bundan əlavə müvəkkilin tapşırığı əsasında Ombudsman Aparatının Quba rayon Regional Mərkəzininin nümayəndələri uşaq və xalası ilə görüş keçiriblər. Hazırda uşaq və xalası Alekseyevka kəndindədir. Biz onun xalası ilə də əlaqə saxladıq. Uşağın psixoloji durumu normal vəziyyətdədir. Onlara da bildirdik ki, hər hansı problem olsa qaynar xəttimizlə əlaqə saxlasınlar. Bu məsələ Ombudsmanın nəzarətindədir ”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən zorakılıq əksini tapıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.