banner
banner

Gündəm

10 yaşlı Nuray danışdı: “İlk dəfə atamı…”

10 yaşlı Nuray danışdı: “İlk dəfə atamı…”

Bacım Rübabə Xudaverdiyeva xərçəng xəstəsi olub. 2008-ci ildə Əvəz Bayramovdan ayrılıb. Həmin müddətdən sonra xəstə bacıma və onun azyaşlı övladına biz baxmışıq.

Bunu APA-ya açıqlamasında Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban Eldarova deyib.

O bildirib ki, 2010-cu ildə bacısı uzun sürən xəstəlikdən sonra vəfat edib: “2011-ci ildə ilk dəfə olaraq uşağın atası Əvəz Bayramov tərəfindən məhkəmə iddiası qaldırılıb. 2012-ci ildə isə bizim qəyyumluğumuz ləğv edilib”.

M. Eldarovanın sözlərinə görə, daha sonra keçirilən müxtəlif instansiyalı məhkəmə proseslərində uşağın atasına verilməsi barədə qərar qüvvədə saxlanılıb. Ötən ilin dekabrın 7-də Mehriban və onun həyat yoldaşı Eldar Eldarov Quba Rayon Məhkəməsinə çağırılıb. Qərarın məcburi icra olunması ilə bağlı tərəflər arasında qarşıdurma yaranıb. Məcburi şəkildə uşağı onlardan alıblar. Daha sonra uşaq məhkəmə binasının qarşısında atası Əvəz Bayramovun əlindən qaçaraq yenidən xalasının yanına qayıdıb.

2006-cı il təvəllüdlü Nuray Bayramzadə özü qeyd edib ki, xalası ilə birgə qalmaq istəyir. O deyib ki, ilk dəfə atasını məhkəmə prosesində görüb, onunla birgə yaşamaqdan qorxur.

Baş verən hadisə ilə əlaqədar tərəflər Bakıya, Ədliyyə Nazirliyinə çağırılıblar.

Qeyd edək ki, 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı atası və məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşməsinin əks olunduğöu video yayılıb.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.