Azərbaycanda bəzi deputatların sahibkarlıq fəaliyyətilə məşğul olduğu, müxtəlif biznes qurumlarına rəhbərlik etdiyi heç kimə sirr deyil
Millət vəkilləri arasında tikinti, avtomobil, mühafizə, bank və digər sahələrə aid şirkətlərlə yanaşı, tibb mərkəzlərinə də rəhbərlik edənlər var.
Bu yazıda əczaçılıq firması, tibb mərkəzi işlədən deputatlar haqqında danışılacaq.
Xatırladaq ki, qanun deputatlara sahibkarlıq fəaliyyətilə məşğul olmağı qadağan edir və bu səbəbdən onlar rəsmi deyil, qeyri-rəsmi şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.
Tibb sektorunda paya malik olan deputatlardan danışanda millət vəkili Cavanşir Feyziyevin üzərində sükutla keçmək olmur. Şəki seçicilərini Milli Məclisdə təmsil edən deputat ölkənin ən böyük əczaçılıq şirkəti — “Euromed”ə rəhbərlik edir.
Cavanşir Feyziyevlə yanaşı, digər millət vəkili Ülvi Quliyev də əczaçılıq fəaliyyəti göstərən “Loğman” adlı apteklər şəbəkəsinə və “dərman deposu”na sahibdir.
“Odlar Yurdu” Universiteti, “Muğanbank”, «British school» və s. iri biznes subyektlərinə sahib olan qocaman deputat, professor Əhməd Vəliyev həm də “Oksigen” klinikasının təsisçisidir.
Ondan başqa daha bir deputat, Azərbaycan Kikboksinq Federassiyasının prezidenti Adil Əliyevin də paytaxtda “Uzun Ömür” adında klinikası fəaliyyət göstərir.(təbib.az)
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.