banner
banner

Gündəm

Televiziyalar deputatın tənqidinə cavab verdi

Televiziyalar deputatın tənqidinə cavab verdi

Millət vəkili Qənirə Paşayevanın Azərbaycan televiziyaları ilə sosial şəbəkədə bölüşdüyü fikirlər hələ də gündəmdədir. Ölkə televiziyalarının qeyri-ciddi verilişlərini tənqid edən millət vəkili televiziyaları tənqid edənlərə efirin bağlı olduğunu vurğulayıb. Modern.az saytı xəbər verir ki, millət vəkilinin açıqlaması ilə bağlı musavat.com telekanallarla əlaqə saxlayıb. Dövlət televiziyasının mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, AZTV-də heç bir qadağa yoxdur: "Bizim telekanalda heç bir qadağa yoxdur. Efirlərə verilişin formatına , ruhuna və xarakterinə uyğun qonaqlar dəvət olunur".

 

ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu qeyd edib ki, millət vəkil telekanal efir qadağası qoymayıb: "Qənirə xanıma bizim televiziya qadağa qoymayıb. onun müsahibələri, keçirdiyi tədbirlər bizim efirimizdə yayımlanır. Qənirə xanımın açıqlamasının bizim televiziyaya aidliyi yoxdur".

 

“Space TV”-nin icraçı direktoru Kamil Şahverdiyev Qənirə xanı ən çox bizim verilişlərdə qonaq olur. Onun filmlərindən tutmuş keçirdiyi tədbirlərə qədər süjetləri bizim televiziyada efirə gedir. Onun qəhrəmanlar haqda filmi yalnız bizim telekanalda yayımlanıb.  Ötən həftə "Space 104 FM" radiosunda 1 saat canlı efirdə qonaq olub. biz Qənirə xanımın Türkiyədəki tədbirlərini də işıqlandırmışıq. O bizə irad tuta bilməz".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.