Məşhur dərman firmasında qanunsuzluq - İşçilər od püskürdü
"Riyad-Farm” MMC-yə aid olan eyni adlı apteklər şəbəkəsi dərin maliyyə böhranı keçirir.
Axar.az-ın əldə etdiyi məlumata görə, vəziyyət o qədər qəlizləşib ki, artıq şirkət rəhbərliyi bir neçə aydır işçilərə maaş verə bilmir. İşçilərin verdiyi xəbərdə bildirilir ki, son 2 ayda heç bir işçi əməkhaqqı almayıb:
"Rəhbərlik hər dəfə maaşların veriləcəyini vəd etsə də, pulumuzu ala bilməmişik. Səbəb kimi büdcədə pul olmadığını göstərirlər”.
Sözügedən şirkət haqqında şikayətlər bununla bitmir. Əczaçıların sözlərinə görə, rəhbərlik onlara başqa yerdən ərzaq almağı da qadağan edib:
"Onların öz mağazası var. Bizə həmin mağazadan alver etməyi tələb edirlər”.
Bildirək ki, bir müddət öncə "Riyad-Farm” MMC-nin paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən apteklərində böyük dərman çatışmazlığı yarandığı barədə xəbərlər yayılmışdı. Şirkətin hələ bir neçə il bundan qabaq keçirdiyi maliyyə böhranının bu günə qədər öz həllini tapmaması yaxın vaxtlarda MMC-nin bağlanma ehtimalını yaradıb.
Onu da bildirək ki, 1998-ci ilin martında təsis edilən "Riyad-Farm” MMC 2003-cü il aprelin 1-i Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsində dövlət qeydiyyatına alınıb. Əvvəllər böyük vəsaitlə dərman bazarında fəaliyyət göstərən bu şirkət ümumilikdə ölkəyə dərman idxalına nəzarət edirdi. Lakin bir müddət sonra aidiyyəti qurumlar tərəfindən yoxlamaların aparılması, şirkətin qeyri-qanuni yollarla mənşəyi, istehsal tarixi bilinməyən dərmanların satışı ilə məşğul olması üzə çıxdıqdan sonra MMC-də yarpaq tökümü başladı.
Məsələ ilə əlaqədar "Riyad-Farm” MMC-ilə əlaqə saxladı. Şirkətin mətbuat xidmətindən Axar.az-a məlumatı təkzib etdilər. Bildirdilər ki, işçilərin əməkhaqları hər ay verilir:
"Hər ayın 1-dən 5-nə qədər əməkhaqları verilir. Heç bir axsama da olmur. Yeni il ərəfəsində hətta bir qədər tez verilmişdi. Şirkətimizdə hələlik heç bir problem yoxdur. Deyilənlər əsassızdır”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.