banner
banner

Sosİal

Azərbaycanda sulu qəlyana qadağa

Azərbaycanda sulu qəlyana qadağa

Azərbaycanda sulu qəlyanın istifadəsi qadağan oluna bilər.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, parlamentin yaz sessiyası zamanı bu məsələni gündəmə gətirəcək. Millət vəkilinin sözlərinə görə, təəssüflər olsun ki, son vaxtlar Azərbaycanda, xüsusən də Bakıda sulu qəlyanın istifadəsi çox geniş yayılıb və gənclərin çoxu ona meyil edirlər: “Amma onun çox böyük mənfi təsirləri var. Həm insanın orqanizmini, həm ətrafdakıları zəhərləyir. Eyni zamanda, gigenik qaydalara fikir verilmədiyi halda ağız vasitəsilə infeksiyanın bir şəxsdən digər şəxsə ötürülməsi qorxusu var. Bir sözlə, istənilər infeksion xəstəliyin yoluxmasına gətirib çıxarır”.

M.Quliyevin sözlərinə görə,sulu qəlyanın doğurduğu ən böyük təhlükədən biri də odur ki, ondan istifadə nəticəsində asılılıq, narkomaniyaya meyillilik yaranır: “Bununla bağlı məsələ qaldıracağam ki, Azərbaycanda sulu qəlyanın istifadəsi qadağan olunsun. Bəziləri deyirlər ki, guya bu faydalı otlardan hazırlanır, amma belə deyil”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.