Məşhur cütlük rəsmən boşandı - 7 milyon dollar ödənəcək
Hollivudun məşhur cütlüyü Ember Herd və Conni Depp arasında aylardır davam edən boşanma məhkəməsi yekunlaşıb. Dünən aktyor və aktrisanın rəsmən ayrılması barəsində qərar qəbul edilib. Razılıqlarda əsasən Conni keçmiş xanımına 7 milyon dollar ödəyəcək. Ember isə bu pulu xeyriyyə məqsədi ilə istifadə edəcəyini açıqlayıb. Aktyor artıq Herdə 200 min dollar ödəyib, növbəti ay isə onun hesabına bir milyon dollar keçirəcək. C.Depp qalan məbləği 2018-ci ilin fevralına qədər ödəməlidir.
Bundan əlavə, "Range Rover", "Ford Mustang" avtomobilləri, Pistolet və Bu adlı cins itləri, eləcə də Errou ləqəbli at aktrisada qalacaq. Conni məhkəmədə özünə 42 nəqliyyat vasitəsini (onlar arasında kater, avtomobil, qolf maşını var) qoruya bilib.
Qeyd edək ki, C.Depp və E.Herd 2015-ci ilin fevralında evlənib. 2016-cı ilin mayında isə Ember aktyori məişət zorakılığında ittiham edərək məhkəməyə verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.