banner
banner

Şou

Bir gecəyə 16 milyon qazandılar

Bir gecəyə 16 milyon qazandılar

Qeyd etdiyimiz kimi, Rusiyalı milyarder, “Domodedovo” hava limanının sahiblərindən biri Valeri Koqan nəvəsi, 19 yaşlı İrina Koqan və nişanlısı, ingilis əsilli yəhudi Daniel Kenvey üçün Böyük Britaniyada “The Landmark London” hotelində toy mərasimi təşkil edib.

Axşam.az-ın “Cnntürk”ə istinadən məlumatına görə, 9 saat davam edən toyda təkcə amerikalı müğənni Meray Keri və Elton Cona 16 milyon türk lirəsi (təxminən 7 milyon 700 min AZN; 4 milyon 300 min dollar) verilib. 

Eyni zamanda, mərasimdə dünya ulduzlarından Antonio Banderas, Filipp Kirkorov, Stas Mixaylov, Aleksandr Serov, İqor Nikolayev, Lev Leşenko, azərbaycanlı müğənni Yusif Eyvazov və xanımı, opera sənətçisi Anna Netrebko, eləcə də, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Qeyd edək ki, Valeri Koqan iki il əvvəl "Forbes" jurnalının tərtib etdiyi dünya üzrə 200 milyarder arasında 41-ci yerdə idi. O, 2,5 milyard dollar sərvətə sahibdir.

 

 

 

 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.