banner
banner

Sosİal

Avtobus niyə öz yolu ilə getmir?

Avtobus niyə öz yolu ilə getmir?

Sürücülərin əksəriyyəti sərnişinləri ünvan başına çatdırmaq əvəzinə vaxt davası edirlər.

Milli.az-ın yaydığı videogörüntülər bunu sübut edir. Belə ki, görüntülərdə yolun tıxac olduğunu deyərək və marşurutun istiqamətini dəyişən sürücü daha sonra problemin vaxtda olduğunu bildirir.

Videonu qeydə alan şəxsin sözlərinə görə, üç gün öncə 65 saylı avtobusdan istfadə edərkən sürücü tərəfindən kobudluq ilə qarşılaşıb. "Azneft" dairəsinə getməyəcəyini deyən sürücü (avtobusun hərəkət marşurutuna "Azneft" dairəsi də daxildir), ilk öncə, yolun tıxac olduğunu bəhanə edib. Yolun boş olduğunu gördükdə isə vaxtın az olduğunu bildirib.

Sərnişinlər etiraz etdikdə isə sürücü daha da aqressivləşib və "necə istəyirsiz, elə də gedin" deyib. Həmin görüntüləri təqdim edirik.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.