banner
banner

Sosİal

Nazirlik şikayətlərin sayını açıqladı

Nazirlik şikayətlərin sayını açıqladı

Keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 saylı "Qaynar xətt"inə ümumilikdə 3 574 şikayət daxil olub. Onlardan 3 403-ü nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
Daxil olan şikayətlər əsasən, ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.
Belə ki, il ərzində Dövlət Ekspertiza İdarəsinə göndərilən 1434 şikayətdən 1411-i, Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilən 1333 şikayətdən 1287-si, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 471 şikayətdən 399-u, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 129 şikayətdən 127-si, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 96 şikayətdən 68-i üzrə araşdırma başa çatıb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilən 68 şikayət, İstehsalat Siyasəti Şöbəsinə göndərilən 23 şikayət, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 14 şikayət, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilən 3 şikayət, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinə göndərilən 3 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” - rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.