banner
banner

Şou

Ebru iş adamının 100 minlik təklifini rədd etdi

Ebru iş adamının 100 minlik təklifini rədd etdi
Müğənni Ebru Polad pərəstişkarı olan iş adamının 100 min dollarlıq yemək təklifini rədd edib. 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabr ayında iş adamlarından biri sosial şəbəkə vasitəsilə müğənniyə mesaj yazaraq bildirib ki, onunla yemək yesə, Ebrunun istədiyi xeyriyyə vəqfinə 100 min dollar ödəniş edəcək. Bu haqda öz səhifəsində yazan və iş adamının adını açıqlamayan  müğənni bunun aldığı ən gözəl təklif olduğunu bildirmişdi.
 
Ötən gün isə müğənni iş adamının təklifini rədd etdiyini bildirib: “Öncə təklifi qəbul etdim. Çünki xeyriyyə vəqfinə 100 min ödəyəcəyini demişdi. Daha sonra isə davamlı mənə yazdığı üçün fikrimi dəyişdim. Çox israr etdi, qorxdum”. 
Cia.az 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.