banner
banner

Sosİal

Dəmiryol Xəstəxanasında tükürpədici olay - Həkim özbaşınalığı

Dəmiryol Xəstəxanasında tükürpədici olay

Bakının Biləcəri qəsəbəsində yerləşən, Mərkəzi Dəmiryol xəstəxanasında tükürpədici olay baş verib. Belə ki, xəstəxanada 4 ay yarımlıq uşaq abort edilib. Əsl həngamə bundan sonra baş verib.
 

Tükürpədici hadisə
Abort edilən Nuriyyə Cəfərovanın həyat yoldaşı Mahmud Cəfərovun verdiyi məlumata görə, Mərkəzi Dəmiryol Xəstəxanasının doğum şöbəsinin həkim-ginekoloqu Zərnişan İsmayılova Cəfərova Nuriyyə Famil qızının 4 ay yarımlıq körpəsini abort edib. Abort edildikdən sonra bundan xəbər tutan Mahmud Cəfərov şoka düşüb. Həm 4 ay yarımlıq körpəsinin öldürülməsindən, həm də bunun ondan xəbərsiz edilməsinə görə özündən çıxıb.

Ağdam Rayonundan məcburi köçkün olan Cəfərovların evində günlərdir dava-qırğın səngimir. M.Cəfərov həyat yoldaşı nə qədər günahkardırsa, həkim Zərnişan İsmayılovanın da o qədər ağır cinayət törətdiyini bildirir: “Həkim məndən xəbərsiz mənim körpəmi abort edib. 4 ay yarımlıq körpəni kim abort edə bilər axı? Bu əli, ayağı, bədəni formalaşmış bir uşağın abortu deyil, bu bir bədənin qətlidir”.

M. Cəfərov bildirir ki, həkim abortu onun həyat yoldaşının istəyi ilə həyata keçirib: “Mən həkimdən hansı haqla bunu etdiyini soruşuram. Həkim deyir, bu onun işidir. Atadan xəbərsiz bu addımı necə ata bilər? Günlərdir bizim evdə davadır. Ölkənin xəstəxanaları bu qədər başsızdır? Həkimlər bu qədər sərbsətdirlər? Bu haqqı onlara kim verib?”
 

Həkimin özbaşınalığı, dağılan ailə
M.Cəfərovun dediyinə görə, ginekoloq Z.İsmayılova sadəcə pulunu alıb və aborta start verib: “Həkim soruşmayıb sənin həyat yoldaşın bu işə razıdır, onun icazəsi var? Heç şəxsiyyət vəsiqəsini belə təqdim etməyib. Həkim sırf pul hərisliyinə görə bu addımı atıb. Elə bu cür həkimlərdir ana və uşaq ölümlərinin səbəbkarı. Pula görə hər addımı atırlar. Mənim ailəm Z.İsmayılova tərəfindən dağılır. Boşanma ərəfəsindəyik. Özümü təhqirolunmuş, alçaldılmış hiss edirəm”.
M.Cəfərov bildirir ki, xəstəxananın baş həkimi Adil Tağıyevə şikayətini bildirmək istəsə də, həkim onu qəbul etməkdən imtina edib.
 

Cinayət
Azərbaycan qanunvericiliyi abortları qadağan eləmir. Amma burada bir nüans var. “Əhalinin sağlamlığının qorunması haqqında qanun”a görə hamiləliyin süni şəkildə pozulması, hamiləliyin 12-ci həftəsinə qədər olmalıdır. Hamiləliyin 12-ci həftəsindən 22-ci həftəsinə qədər pozulma üçün sosial əsaslar göstərilməlidir. 22-ci həftədən sonra hamiləliyin dayandırılması ciddi tibbi göstərişilər olduğu halda qanunvericilikdə nəzərdə tutulur.
Amma Həkim-Ginekoloq Zərnişan İsmayılova, heç bir göstəriş olmadan, həyat yoldaşından icazəsiz, sırf pul naminə Nuriyə Cəfərovanın 4 ay yarımlıq körpəsini abort edib!


Xəstəxanada baş verən digər cinayətlər
Qeyd edək ki, daha bir neçə ay əvvəl-2014-cü ilin noyabrn 5-də sözügedən xəstəxanada ana ölümü baş vermişdi. Belə ki, 1990-cı il təvəllüdlü Əzimova Həlimə Akif qızı doğuş zamanı dünyasını dəyişmişdi. Hadisənin həkimlərin səhvi ucbatından baş vermişdi. Ancaq görünən budur ki, problem hələ də həllini tapmaq bilmir. Bu kimi hallar xəstəxanada dəfələrlə müşahidə edilsə də, nə baş həkim Adil Tağıyev, nə də Səhiyyə Nazirliyi məsələyə müdaxilə etmir.
 

Həkimlərin pul hərisliyi
Bu gün müxtəlif tibb ocaqlarında kifayət qədər həkim-ginekoloq var ki, 50-200 manat civarında pul aldıqdan sonra abortu gerçəkləşdirir. Həm də bu zaman cərrahiyyə stoluna əyləşən şəxsin kimliyi ilə bağlı heç bir sual verilmir, şəxsiyyət vəsiqəsi və digər müvafiq sənədlər tələb olunmur, onun yaxınlarının buna razılıq verib- verməməsilə maraqlanmırlar. Eyni Mahmud Cəfərovun başına gələnlər kimi...
Tibbi dildə "mini abort" deyilən 1-2 aylıq rüşeymin məhv edilməsinə görə həkim-ginekoloq ən azı 50-80 manat tələb edir. Bu qiymət dölün böyüklüyü ilə bərabər böyüyür.
Həkimlər pula görə hətta 5 aylıq körpəni də doğrayırlar. Bu xidmətə görə isə 100-200 manat pul tələb edilir. Bəzi hallarda hətta həkim-ginekoloqun qeyri-peşəkarlığı və ya məsuliyyətsizliyi nəticəsində abort uğurla yekunlaşmır və bu, pasientin səhhətində xroniki iz buraxır. Mütəxəssislər qeyd edirlər ki, bu gün hələ də abortların qeyri-qanuni şəkildə, eləcə də tibbi ləvazimatların yetərincə olmadığı müəssisələrdə aparılması faktı var. Bu durum aparılan abortların, demək olar, yarıdan çoxuna aiddir. Araşdırmalar zamanı o da bəlli olub ki, hazırda ölkədə hər 5 hamiləlikdən azı biri abortla yekunlaşır. Bu da o deməkdir ki, hamiləliyin pozulmasının müəyyən məqamlarda qadağan edilməsi belə, abort faizini azaltmayıb.

CİA.Az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.