Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən istefa edən Umayra Tağıyeva vəzifədən getməsinin səbəbləri ilə bağlı “Yeni Müsavat” qəzetində yazılanlara aydınlıq gətirib.
U.Tağıyeva bildirib ki, yazılanlar əsassızdır və işdən öz istəyi ilə ərizə yazaraq ayrılıb: “Mən iki dəfə nazirin qəbulunda olmamışam, səhv proqnozlara görə mənə heç bir irad bildirilməyib, töhmət verilməyib. Onu da nəzərinizə çatdırım ki, bizim verdiyimiz proqnozlar hər zaman özünü doğruldub. Mən heç vaxt verdiyim proqnoza görə töhmət almamışam. Bu, həqiqətən belədir. 2002-ci ildən - nazirlik yaranandan mən proqnozlar bürosuna rəhbərlik edirəm. Ondan əvvəl isə 1993-cü ildə mən keçmiş Hidrometeorologiya Komitəsində proqnozlar şöbəsinin rəisi olmuşam. İşdən ayrılmağım mənim öz qərarım olub və öz ərizəmlə, öz xahişimlə vəzifədən getmişəm”.
Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatlarda U.Tağıyevanın yanlış proqnozlar verdiyinə görə, nazir Hüseynqulu Bağırov tərəfindən iki dəfə tənqidlərə məruz qaldığı və bu səbəbdən ərizə yazaraq vəzifədən getdiyi qeyd olunurdu.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.