Sabah Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində aparılacaq təmir işləri ilə bağlı bəzi yaşayış məntəqələrinin qaz qaz təchizatı məhdudlaşdırılacaq. Modern.az saytı xəbər verir ki, SOCAR-ın məlumatına, sabah saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İvanovka” və Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində İsmayıllı rayonunun Talış və İvanovka, həmçinin Astara rayonunun Kijəba, Ərçivan və bəzi ətraf kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.