banner
banner

Gündəm

Telman İsmayılovun miflis olduğu rəsmiləşdi

Telman İsmayılovun miflis olduğu rəsmiləşdi

Moskva Dairə Arbitraj Məhkəməsi iş adamı Telman İsmayılovun müflis elan edilməsi ilə bağlı qərardan şikayətinə baxmaqdan imtina edib. Məhkəmə Çerkizovo bazarının keçmiş sahibinin aşağı instansiya məhkəməsinin qərarından şikayəti vaxtında verə bilmədiyini bildirib.

Məlumata görə, Arbitraj məhkəməsi İsmayılovun şikayət ərizəsini noyabr ayının 24-nə kimi təqdim etməli olduğunu vurğulayıb. Sənədlər isə məhkəməyə yaknız dekabrın 28-də daxil olub. İş adamının gecikməni izah etmək üçün göstərdiyi səbəbləri məhkəmə üzrlü hesab etməyib.

Telman İsmayılovun müflisləşmə proseduru 2016-cı ilin avqust ayında başlayıb. Qərar iş adamının 17,4 milyard rubl borclu olduğu “VTB Bank”ın iddia ərizəsi əsasında verilib.

2015-ci ilin dekabr ayında Moskva vilayətinin Arbitraj Məhkəməsi kreditor Boris Zubkovun ərizəsi əsasında baxılan işin yekununda Telman İsmayılovu artıq müflis elan etmişdi. Lakin 2016-cı ilin martında bu qərar apellyasiya məhkəmısində ləğv olunmuşdu. Sonradan bu qərardan Telman İsmayılov Ali Məhkəməyə də şikayət ərizəsi vermişdi.

2007-ci ildə İsmayılovun təsis etdiyi “AST” qrupuna daxil olan təxminən 30 şirkətin illik dövriyyəsi, iş adamının öz sözlərinə görə, 3 milyard dollara bərabər idi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.