“Dəyanət əvvəllər bir neçə dəfə intihara cəhd etmişdi” - Mərhum psixoloqun həmkarı danışdı
Psixoloq Dəyanət Rzayevin intiharı ölkədə şok effekti yaradıb. Məsələ ilə bağlı Modern.az-a onun həmkarı Narınc Rüstəmova danışıb. O, psixoloqun intiharından sarsıldığını bildirib:
“Statistik göstəricilər son vaxtlar kişilər arasında intihar hallarının artdığını göstərir. Ruhu şad olsun. Biz 7 il öncəsinə qədər bir yerdə çalışmışıq. O vaxtlar da problemləri vardı. Amma bu, maddi rifahının aşağı olması ilə bağlı deyildi.
Araşdırsanız görərsiniz ki, o, bir neçə dəfə intihara cəhd edib. Kolleqamızın belə bir seçim etməsi çox sarsıdıcıdır. Bu onu göstərir ki, hər bir psixoloq öz psixoanalizini keçirməlidir. Problemi olan psixoloq ona müraciət edən pasiyentə də yardımçı ola bilməz. Nəticədə psixoloq da insandır”.
N.Rüstəmova deyib ki, Dəyanət Rzayevin ailədaxili problemləri olub:
“Dəyanət tək yaşayırdı. Yoldaşı onu tərk etmişdi. Onun ailə problemləri var idi. Yoldaşı ilə ayrılmışdı. Amma buna baxmayaraq onların münaqişələri davam edirdi. 8 yaşında bir oğlu vardı. Uşaq anası ilə qalırdı. Hamının sosial problemləri ola bilər, amma bu, intihar üçün əsas deyil. Görünür Dəyanət mənəvi böhran keçirdiyindən, ailədaxili problemlərdən dolayı bu yola əl atıb”. N.Rüstəmova “psixoloq da intihar edirsə, sadə vətəndaş probleminin həlli üçün hansı qapını döyməlidir” sualına cavab olaraq bunları deyib:
“Təbii ki, burada mənfi xüsusiyyət onun psixoloq olmasıdır. Amma mən hesab edirəm ki, bu, fərdi xüsusiyyətlərlə daha çox bağlıdır. Biz özümüz psixoloq olaraq da psixoloji dəstək alırıq. Həyatda hər bir insan çətin situasiya ilə qarşılaşa bilər. Bəlkə də o, həmkarlarına müraciət etməyi özünə ayıb sayıb. Kaş ki, vaxtında özü də psixoloji dəstək alardı. Bəlkə də Dəyanət özünə sığışdırmayıb bunu. İstənilən halda bu, onun ailəsi üçün faciədir”.
Psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb. Psixoloq Dəyanət Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib.
Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparıb.
Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.