banner
banner

Sosİal

“BakuBus”un sürücüsü sərnişini xilas etdi

“BakuBus”un sürücüsü sərnişini xilas etdi

Bu gün “BakuBus” MMC-ə məxsus 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücüsü Oqtay Novruzov sərnişinin həyatını xilas edib.

Hadisə şahidi Xəlilli Arazın Modern.az-a verdiyi məlumata görə, olay  bu gün səhər Tibilisi prospektində, “Çıraq plaza”nın qarşısında 09:15 radələrində baş verib:

“Mən işə gələrkən avtobusun dayandığını və sürücünün sərnişinə yardım etdiyini gördüm. Məlum oldu ki, gənc oğlanın dili qatlanıb. Sürücü heç nəyə baxmadan oğlanın dilini saxladı. Onun əlindən qan axırdı, amma dözürdü. Təcili yardım maşını təxminən 30 dəqiqədən sonra gəldi. Daha sonra həkimlər onu maşınla xəstəxanaya apardılar”.

 

Digər şahid Şaiq Həbibin saytımıza bildirdiyinə görə, ilkin olaraq hamı gəncin öldüyünü bilib:

“Elə bildik ürəyi gedib. Amma sonra məlum oldu ki, dili qatlanıb. Təcili yardım çox gec gəldi. Həkim özü də sürücüyə dedi ki, müdaxilə etməsəydi, gənc ölərdi. Sürücünün əlləri kəsik-kəsik olmuşdu, qan axırdı. Vətəndaş olaraq sağ ol deyirəm ona”.

 

Hadisənin qəhrəmanı sürücü Oqtay Novruzov da Modern.az-a açıqlamasında i təfərrüatı danışıb:

““Caspian plaza”nın yanında idim. Sükan arxasında olarkən müşahidə kamerasında ayaq üstdə dayanan orta yaşlı kişi sərnişinin yıxıldığını gördüm. Dərhal ona yaxınlaşıb yardım etdim. Çünki Sürücü Təlim Mərkəzində kursda olarkən bunları öyrənmişdim. Daha sonra onu yerə düşürdük. Dili qatlanmışdı. Şükürlər olsun ki, onu xilas edə bildik. Hazırda həmin xəstə xəstənadadır, vəziyyəti yaxşıdır”.

 “BakuBus”un mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, bütün sürücülər sürücü vəzifəsinə təyin olunmazdan əvvəl Sürücü Təlim Mərkəzində kurslara cəlb olunur:

“Onlara ilkin tibbi yardımın göstərilməsi ilə bağlı nəzəri və praktiki dərslər keçirilir”.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.