“Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti ilə avtomobillərin hərəkəti üçün yeni yaradılmış zolaq həmin ərazidə yaranan süni sıxlığı aradan qaldırıb”. Cia.az saytı xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, həmin ərazidə yolda edilən dəyişiklik müsbət nəticələr əldə etməyə imkan verib: “Axşam pik saatlarda Cəfər Cabbarlı küçəsi ilə hərəkət edənlər üçün, səhər saatlarında isə Azərbaycan prospekti ilə hərəkət edənlər üçün süni sıxlıq qeydə alınmır. Hazırda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti normaldır”.
V.Əsədov bildirib ki, nizam-intizamlı olmaq üçün sürücülərin üzərinə böyük məsuliyyət düşür: “Tələblər düzgün yerinə yetirilsə, hər şey qaydasında olar”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.