Müğənni Manaf Ağayev “Səs verməyin” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, proqramın formatında bu dəfə dəyişiklik edilib. Hər zaman mindən çox səs toplayan müğənninin başına rəngli su və un tökülürdü. Bu dəfə isə hədəf ifaçının avtomobili olub.
Tamaşaçılardan səs verilməməsi istənilsə də, M.Ağayevə 1082 səs gəlib və nəticədə onun avtomobilinin şüşəsi sındırılıb.
Təəssüratlarını bölüşən M.Ağayev pis olmadığını bildirib:
“Kişinin başına iş gələr də. Mən şounun qaydası ilə razılaşanda bilirdim ki, belə ola bilər”.
"Kanal Baku"ya istinadən həmin görüntüləri təqdim edirik:
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.