banner
banner

Sosİal

Peterburqda kilsə qalmaqalı davam edir

Peterburqda kilsə qalmaqalı davam edir
2 mindən çox adam yanvarın 28-də Sankt-Peterburqda Müqəddəs İsaak Kafedralının Rusiya Ortodoksal Kilsəsinə verilməsi ilə bağlı etiraz aksiyası keçirib.
 
Etirazçılar deyir ki, onlar kilsənin muzey statusunu itirəcəyindən narahatdılar. Bu kilsə turistlər arasında populyardır. “Biz Müqəddəs İsaak Kafedralını kilsəyə vermək istəmirik. Biz onu muzey kimi qorumaq istəyirik”, -yerli məmur Boris Vishnevsky jurnalistlərə bildirib.
 
Aksiyaçılar deyirlər ki, kafedral şəhərə pul gətirir, indi isə onu kilsəyə verirlər. Bəzi etirazçılar kilsənin gücünün artmasından narahatdılar. Kafedralın kilsəyə verilməsini istəyənlər də aksiya keçirərək bu qərarı müdafiə ediblər.
 
Kilsə UNESKO-nun siyahısındadır və 1917-ci il bolşevik inqilabından sonra muzey kimi fəaliyyət göstərir. Hər il 3,5 milyondan çox turist buranı ziyarət edir./Azadlıq Radiosu/
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.