banner
banner

Sosİal

Bəzi yollarda sürət həddi aşağı salınıb

Bəzi yollarda sürət həddi aşağı salınıb
Hazırda paytaxtda qarlı hava şəraiti müşahidə edilsə də paytaxt yollarında ciddi tıxac müşahidə edilmir. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
 
"Lakin meteoroloji amilləri nəzərə alan sürücülər nəqliyyat vasitələrini aşağı sürətlə idarə etdiyindən bəzi küçə və prospektlərdə, o cümlədən Tbilisi prospekti, Ziya Bünyadov prospekti, (Koroğlu metrostansiyası istiqamətində) Heydər Əliyev prospekti (şəhər istiqamətində), Xocalı prospekti (şəhər istiqamətində), Abdulvahab Salamzadə, Həsən Əliyev, Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir", - deyə məlumatda bildirilir.
 
Məlumatda o da vurğulanır ki, faktiki hava şəraiti ilə əlaqədar olaraq, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti - hava limanı istiqamətində, eləcə də Nobel prospekti - Zığ yolu - Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb: "Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir".
 
BNA bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir.
 
Qeyd edək ki, hazırda BNA müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib.
 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.