banner
banner

Sosİal

Suraxanıda şəhidin adına hörmətsizlik - ŞOK

Suraxanıda şəhidin adına hörmətsizlik

Milli Qəhrəman Cavanşir Rəşhimovun adına olan park bərbad gündədir

Azərbaycanda son illər rayonlarda abadlıq və yenidənqurma adı altında həyata keçirilən pulsilmə kampaniyası yerli İcra Hakimiyyətlərinin gözünü o qədər tutub ki, onlar nəyin düz, nəyin əyri olduğunun fərqinə belə varmırlar. Elə bu səbəbdəndir ki, bu gün inşa edilən, yenilənən məkanları bir aydan sonra viran gündə görmək olar.

JAM.AZ xəbər verir ki, bu tikinti işləri adətən parkları və yolları əhatə etdiyindən diqqəti də ən çox bu sahə çəkir. Necə ki, Suraxanıda üzləşdiyimiz mənzərə kimi. Rayonun Qaraçuxur qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun adına park var. Qax rayonunda doğulan Milli Qəhrəman bütün həyatını sözügedən qəsəbədə keçirib. Elə Qarabağ savaşına da Suraxanı rayonundan gedib. Döyüşlərdən birində isə qəhrəmancasına şəhid olub.

Onun adını əbədiləşdirmək üçün yaşadığı Qaraçuxur qəsəbəsində park salınıb. Cavanşir Rəşimov parkının bugünkü vəziyyəti isə ürəkağrıdıcıdır. Daha doğrusu, rayon rəhbərliyinin şəhid adına bu şəkildə hörmətsizlik etməsi heç bir halda başadüşülən deyil. Ən azından, elə də böyük olmayan bu parkı təmir edib, camaatın istifadəsinə vermək mümkün idi. Amma edilməyib…

Camaat isə bildirir ki, Suraxanı rayonunun rəhbərliyinin hərəkəti şəhid adına hörmətsizlik və sayğısızlıqdır. Onların sözlərinə görə, Cavanşir Rəhimovun adına olan park hər şeydən əvvəl təmir edilməlidi.

Suraxanı İcra Hakimiyyətinin də məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.