banner
banner

Gündəm

Bakıya 23 sm qalınlığında qar yağıb - Faktiki HAVA

Bakıya 23 sm qalınlığında qar yağıb -

Yanvarın 31-i gündüzdən fevralın 1-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cia.az-a verilən məlumata görə, ölkə ərazisində yanvarın 31-dən fevralın 01-i səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Böyük Qafqazda 1-5, Kiçik Qafqazda 0-2, Naxçıvan MR-da 1-3, Lənkəran-Astara zonasında 4-16, Mərkəzi Aran rayonlarında 2-10, Qazax-Gəncə zonasında 2-8 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 23, Maştağada 8, Zabrat, Sumqayıtda 3, Pirallahıda 2, Böyük Qafqazda: Sarıbaşda (Qax) 69, Şəkidə 25, Kişçayda 24, İsmayıllıda 22, Qubada 18, Altıağacda 17, Qəbələdə 13, Xaltan, Zaqatalada 12, Oğuzda 11, Mərəzədə 10, Qusar, Şamaxıda 9, Balakəndə 7, Lənkəran-Astara zonasında: Lerikdə 32, Rvarudda 28, Yardımlıda 19, Göytəpədə 17, Kəlvəzdə 8, Lənkəranda 6, Kiçik Qafqazda: Daşkəsəndə 19, Gədəbəydə 18, Göygöldə 11, Naxçıvan MR-da: Ağdərədə 70, Şahbuzda 38, Şərurda 34, Naxçıvanda 32, Mərkəzi Aran rayonlarında: Tərtərdə 23, Beyləqanda 15, Bərdədə 13, Göyçayda 10, Yevlaxda 7, Mingəçevirdə 3, Qazax-Gəncə zonasında: Tovuzda 30, Ceyrançöldə 19, Ağstafada 12, Gəncə, Cəfərxanda 6, Naftalanda 4, Şəmkirdə 3, Ağdamda 2 sm olub.

Havanın minimal temperaturu fevralın 01-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.