banner
banner

Gündəm

“İnana bilmirəm ki, Mirşahin belə cəfəngiyyat yaza”

“İnana bilmirəm ki, Mirşahin belə cəfəngiyyat yaza”

ANS Teleradio Şirkətinin kollektivi prezident İlham Əliyevə müraciət edib. Müraciətdə ANS-in yenidən bərpa olunması ilə bağlı məsələlər qeyd olunub.

Həmçinin  o da vurğulanıb ki, hal-hazırda oturduqları ofislə bağlı problem yaşanır. Müraciətdə qeyd olunan hissəni təqdim edirik.

“Bu gün ANS-in fəaliyyət göstərdiyi ofisin qapısı möhürlənib. Yarım ildən artıqdır ki, biz öz əmlakımıza toxunmaq imkanından məhrum edilmişik. Bu əmlakın hər birini biz özümüz almışıq, bir qəpik kredit belə almadan. Qazancımızı bu sahəyə qoyub Azərbaycana ən müasir texnikalar və texnologiyalar gətirmişik. Bizə bildirirlər ki, iş gedir, araşdırma aparılır və s. Amma bu işin nə vaxt bitəcəyini demirlər. Bir yandan bizə öz əmlakımızın tozunu belə silmək üçün içəri daxil olmağı qadağan edirlər, bir yandan da yerləşdiyimiz binanın sahibi, Elmlər Akademiyası ən qısa müddətdə buranı boşaltmağı tələb edir, işığımızı, qazımızı kəsirlər. Sığındığımız bir-iki otaqdan çıxarılmağımız üçün, az qala, mühasirə şəraiti yaradırlar ki, dözməyək və buranı tərk edək. Necə tərk edək? Niyə tərk edək?”

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a açıqlama verib. O bildirib ki, ANS-lə 25 il qonşuluq şəraitində yaşayıblar.

“ ANS-çilər heç zaman bunu inkar edə bilməz. ANS bizdə icarədar ola-ola, sanki bu yerlərin sahibi onlar olub. Biz həyətimizə girəndə onlardan icazə almışıq. Hər zaman ANS-lə qarşılıqlı hörmət şəraitində olmuşuq. Məsələ burasındadır ki, ötən ilin oktyabr ayının birindən ANS-lə  bağlanmış icarə müqaviləsi ləğv edilib. ANS-in tutduğu ərazinin təxminən 30%-ni möhürləyiblər. Amma o biri yerlər ANS-dədir. Eyni zamanda, bu yerlərin sahibi biz deyilik. Bu yerlərin sahibi Dövlət Məsələləri üzrə Əmlak Komitəsidir”.

İnstitutun direktoru, belə bir məktubun yazıldığına inana bilmədiyini də vurğulayıb.

 

“İnana bilmirəm ki, Mirşahin Ağayev kimi savadlı, miqyaslı ziyalı adam belə cəfəngiyyatlar yaza. ANS indiyə qədər orada qalır və heç kəs ANS-ə söz demir. Qapı bağlamaqdan isə söhbət belə gedə bilməz. Gedin, görün onların hansı qazı, işığı, suyu kəsilib. İnstitutun direktoru olaraq məsuliyyətlə deyirəm ki, o məlumatların heç biri doğru deyil, cəfəngiyyatdır. ANS-in nə qazı, nə də işığı kəsilib. ANS burda kef edir. İcarə haqqı ödəmir.

 

Maşınlarını burada saxlayırlar. Məsələn, bir  misal çəkim.  Tutaq ki, mənzilinizin  otaqlarından birini mənə kirayə vermisiniz. Bilmirəm, düz etmişəm, yoxsa yox, haqqımda cinayət işi açılıb. Siz gəlib mənə deməlisiniz ki, “ay qardaş, artıq müqavilən bitib. Çıx get”. Biz isə ANS-ə bunu demirik. Ləğv edilmiş bir təşkilata demirik ki, “icarə müqavilən bitib, çıx get”.  

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.