banner
banner

Sosİal

Antiradar satanları cəza gözləyir - VİDEO

Antiradar satanları cəza gözləyir -

Bəzi saytlarda vətəndaşlar tərəfindən antiradar və radar detektorlarının satışı barədə elan yerləşdirilib. Cia.az saytı xəbər verir ki, “Xəzər xəbər” verir ki, bəzi saytlarda antiradarlar və balıq tutmaq üçün şok cihazı satılır. Bu cihazların istifadəsi qanunla qadağandır.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, hər iki cihaz qanunla qadağan olunub. İstifadə edən sürücüləri isə yüksək məbləğdə cərimə gözləyir.

Kamran Əliyev deyib ki, antiradarlar radarların işinə mane olduğuna görə, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Çünki, sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

Saytda yerləşdirilən digər elan isə balıq tutmaq üçün istifadə edilən şok cihazı barədədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, bu cür cihazlar vasitəsilə balıq ovlamaq qadağandır.

Həmin şəxləri vurduğu zərərin miqyasından asılı olaraq həbs cəzası da gözləyir.

Hüquqşünaslar bildirirlər ki, bu cihazların yuxarıda sadalanan təyinatlar üzrə istifadəsi qadağan edilsə də, satışına heç bir qadağa yoxdur.

 

 

 

VIDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.